Zədələrin növləri

istanbul-kovry
Hər bir xalça istifadə olunduğu dövrdə köhnəlir, istifadə nəticəsində yükləməyə məruz qalır. Bu normal, lakin qaçılmaz prosesdir. Əgər xalça döşəmənin üstünə sərilirsə, onun xovu mexaniki təsir altında get – gedə sürtülür. Həmçinin xalça günəş şüalarının altında qaldıqda öz rəngini itirə bilər. Xalçanın üzərinə hər hansı bir kimyəvi məhlul dağıla bilər. Beləliklə, xalça get – gedə görkəmini itirir. Bəzən zədələr çox ciddi olduğundan, xalçanın yalnız təmizlənməsi problemi həll etmir. Belə hallarda xalça təmiri üzrə emalatxanalara müraciət etmək lazımdır. Adətən qədim, antikvar və nadir xalçaları bərpaya verirlər. Lakin elə hallar olur ki, xalça insan üçün hər hansı şəxsi səbəblərə görə əziz olur, və bu cür xalçaları təmir etmək, bərpa etmək vacibdir.

Qırılmalar və kəsiklər

Xalçanın üstünə iti əşyalar düşdükdə, və yaxud da xalçanın üstü ilə ağır mebel daşındıqda, onun üzərində kəsiklər əmələ gələ bilər. Əgər xalça köhnəlibsə və onun sapları davamsızdır, o hətta maşın – avtomatda təmizlənərkən süzülə bilər. Qırılma xalçanın ya uzunu, ya da eni istiqamətində əmələ gələ bilər. Belə hallarda biz qırılan sapları lazım olan istiqamətdə bərpa edirik. Kəsiklərə gəldikdə, onlar adətən həm uzununa, həm də eninə gələn saplara zədə vururlar. Xalçalarda kəsiklər olduqda, onlara təkcə təmir yox, həm də bərpa tələb olunur, çünki bu halda xalçanın strukturu pozulur.

İkitərəfli deşiklər

Xalçanın üstünə ağır əşyalar düşəndə, və yaxud güclü kimyəvi maddələrin, qüvvətli turşuların və yaxud qələvilərin təsirindən xalçanın üzərində ikitərəfli deşiklər əmələ gələ bilər. Belə deşiklər zədənin xarakterinə görə kəsikləri xatırladır, yəni xalçanın strukturu pozulur. Belə zədələr baş verdikdə mürəkkəb bərpa işi tələb olunur. Bərpaçı xalçaya uyğun sapları seçir, onları rəngləyir, sonra isə xalçanın itirilmiş hissəsini sıfırdan başlayaraq, bərpa etməli olur. Bu çox qəliz və xırda işdir. Bunun üçün böyük təcrübə və peşəkarlıq tələb olunur. “Ahmet Bayrakdar” emalatxanasında biz məmnuniyyətlə belə işi öz üzərimizə götürərik. Deşiyi olan həm ipək, həm də yun xalçanı bərpa etmək mümkündür.

Xovun solması

Xalça öz təbii rəngini itirəndə,solğun olur,onun orijinallığı ,ornamenti öz cazibədarlığını itirir.Xovun solması xalçanın uzun müddət ərzində günəş şüaları altında qalmağı nəticəsində baş verir.Ultrabənövşəyi şüalar xalça üçün zərərlidir.Xalçalarınızı günəşdən qoruyun!Hovun solmasının ikinci səbəbi – onun qeyri-peşəkarlar tərəfindən düzgün təmizlənməməsidir.Müasir təmizləyici vasitələrin çoxu belə zədələrə gətirib çıxara bilər, əsasən də bu, ipək və yun xalçalara aiddir.Bəzi hallarda belə zədələr olduqda,xovun rənglənməsi kifayətdir.Bəzi hallarda isə xovu tam dəyişmək lazım gəlir.

Yanmış sahələr

Təəssüf ki, yüksək temperaturun təsiri nəticəsində xalcalar cox tez dağılır.İsti kömür və yaxud isti metal əşyalar, siqaret külü xalcanın xovunu zədələyə bilər,hətta onu yandıra da bilər.Bərpa zamanı biz yanmış elementləri cıxarırıq və xovun bəzi hissələrini dəyişdiririk.

Saçaqların zədələnməsi

Saçaqlar xalçaya tamamlanmış görkəm verir.Saçaqla hər hansı xalça başqa cürə görünür.Saçaqların zədələnməsi və yaxud bir hissəsinin itirilməsi intensiv istifadə nəticəsində əmələ gəlir.Bir sıra hallarda saçaqların tam dəyişilməsi tələb olunur.

Xovun deformasiyası

Xovun deformasiyası daimi mexaniki təsirdən,mebelin qıçlarından və yaxud da məhlulların dağılması nəticəsində əmələ gəlir.Xovun deformasiyası baş verdikdə xalçanın üzərində ləkələr əmələ gəlir.Belə hallarda xovun deformasiyası helə dərəcəyə çatır ki,onun əvvəlki görünüşünü bərpasız qaytarmaq qeyri-mümkün olur.Əgər ipək xalça kobud fırça ilə təmizlənməyə məruz qalırsa,onun ipək xovu əyilir, və deformasiya olur.Təəssüf ki,belə halda yalnız xalçanın təmiri,korlanmış xovun tam çıxarılması və təzəsi ilə dəyişməsi kömək edə bilər.Bu çox mürəkkəb bərpa işidir.